AZAL TƏYYARƏSI QUŞ ILƏ TOQQUŞDU, GERI DÖNDÜ

AZAL TƏYYARƏSI QUŞ ILƏ TOQQUŞDU, GERI DÖNDÜ
Bakı-Naxçıvan reysi ilə uçan AZAL təyyarəsi havaya qalxan zaman quş ilə toqquşub.

Bu barədə Press-az.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O, bildirib ki, təyyarənin kapitanı hava gəmisini Heydər Əliyev Beynəlxalq Aeroportuna qaytarmağa qərara alıb. Təyyarə yerə uğurla enib:

“Sərnişinlər növbəti reys ilə Naxçıvana yola salınacaq. Ləngimə çox olmayacaq”.




Fikirlər