ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...

ABŞ və Avropa razılaşa bilmir: Müharibədə kim qalib gəlsin...

“The New York Times”ın Amerika nəşrinin müxbirləri hesab edirlər ki, ABŞ, Avropa ölkələri və Ukrayna arasında Rusiyanın başlatdığı müharibənin necə başa çatması ilə bağlı fikir ayrılıqları yaranıb.

Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, son günlər prezidentlər və baş nazirlər, eləcə də ABŞ-da Demokratik və Respublikaçılar partiyalarının liderləri Ukraynada qələbəyə çağırışlar edirlər.

Vaşinqton və Brüsseldəki NYT müxbirlərinin fikrincə, ABŞ, Avropa və Ukraynada “qələbə”nin eyni tərifə malik olub-olmaması ilə bağlı fikir ayrılığı var.

Son bir neçə gündə İtaliyanın atəşkəs təklifi daxil olub. Ukrayna rəhbərliyinin Rusiyanı fevralın 24-dən əvvəlki sərhədlərinə qaytarmaq niyyəti və Vladimir Putinin “strateji məğlubiyyəti” ilə bağlı müzakirələr yenidən başlayıb. Ukraynanın əlinə ölümcül silah axını və Rusiyanın işğalına cavab olaarq, gözlənilməyən maliyyə sanksiyaları fonunda, üç aylıq birlikdən sonra Putinin sonra nə edəcəyi ilə bağlı fikir ayrılıqları var.

Onlar Rusiyanın üç onillikdə davam edən inteqrasiya layihəsinə son qoyulub-qoymayacağına dair fundamental müzakirələrə əsaslanır. Nəşr qeyd edi rki, Amerikanın ambisiyaları artır. Rusiyanın Ukrayna üzərində asan qələbə qazanmasının qarşısını almaq cəhdi kimi başlayan proses rus ordusunun Kiyevi ala bilməyərək səhv ardınca səhv etməyə başlaması ilə dəyişdi.

Bayden administrasiyası indi Rusiyanın etdiyi təcavüzün qarşılığında onu cəzalandırmaq, Putini zəiflətmək, NATO və transatlantik alyansı gücləndirmək və Çinə mesaj göndərməklə məşğuldur. ABŞ sübit etmək istəyir ki, təcavüz ərazi qazancı ilə mükafatlandırılmır.

Qeyd edək ki, bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda 1970-ci illərdə ABŞ-ın keçmiş dövlət katibi olmuş 99 yaşlı Henri Kissincerin Ukraynanın müharibənin məqsədləri ilə bağlı çıxışı fikir ayrılıqlarına səbəb olub.

Belə ki, Kisisncerin fikrincə, Ukrayna danışıqlarda ərazinin bir hissəsini verə bilər. Ukrayna prezidenti isə, buna sərt cavab verib. "NYT" qeyd edir ki, Volodimir Zelenski müxtəlif vaxtlarda müharibəni necə bitirmək barədə müxtəlif fikirlər səsləndirib. O hətta NATO-ya üzv olmaqdan imtinaya razılıq verib. Münaqişəni sona çatdırmaq üçün real danışıqlar başlasa, Zelenski və onun Qərb müttəfiqlərinin hansı mövqe tutacağı ilə bağlı debat olacağı gözlənilir.

"NYT" nəşrinin yazdığına görə, amerikalıların bəyanatları onu göstərir ki, Bayden administrasiyası Rusiyaya maksimum ziyan vurmağa çalışır. Belə ki, Putinin daha hücum edə bilməməsi üçün onu “strateji məğlubiyyətə” uğratmağa çalışır. Avropada isə, birlik dağılmağa başlayır. Macarıstan Rusiya neftinə qoyulan embarqonu əngəlləyir. Mərkəzi və Şərqi Avropa liderləri hətta Putinlə danışmaq ideyasını belə rədd edir, Fransa, İtaliya və Almaniya isə uzun sürən müharibə zamanı öz iqtisadiyyatlarına dəyən zərərdən narahatdırlar.

Onlar Rusiyanı əbədi təcrid oluna bilməyən qaçılmaz qonşu hesab edirlər. Zelenski isə, bildiirr ki, onun hədəfi rusların fevralın 23-də, genişmiqyaslı işğal başlamazdan əvvəl olduqları sərhədlərə geri çəkilməsidir. Bu hədəfi isə, bəzi Avropa rəsmiləri və hərbi ekspertlər iddialı hesab edirlər. Onlaırn fikrincə, ora çatmaq üçün Ukrayna Xersonu və dağıdılmış Mariupol şəhərini geri almalıdır. Nəşr həmçinin yazır ki, Ukrayna “müharibənin birinci mərhələsinin öhdəsindən çox yaxşı gəlib”. Amma Rusiya "ağır itkilər bahasına olsa da, yavaş, lakin tədricən irəliləyirlər".

Ukraynanın müharibədəki itkiləri hələ də sirr olaraq qalır. Qeyd edilir ki, hələ ki, Putinin danışıqlara girməyə hazır olduğuna dair heç bir sübut yoxdur. “The New York Times” isə yazır ki, Kremllə danışıqlara başlayacağı təqdirdə Ukrayna böyük ərazi güzəştlərinə getməli olacaq.




Fikirlər