Göycay Rayon İcra Hakimiyyətində intihara CƏHD OLUB - Polis gəlib - VİDEO

Göycay Rayon İcra Hakimiyyətində intihara CƏHD OLUB - Polis gəlib - VİDEO

Göycay Rayon İcra Hakimiyyətində intihara cəhd olub.

Rayonun Cərəkə kənd sakini Əhmədov Əli Şakir oglu həyat yoldaşı ilə rayon icra hakimiyyətinə gələrək icra başçısından iş istəyib. O. bildirib ki, 8 nəfər ailə üzvü var. Əmək haqqı isə cəmi 260 manatdır. Öhdəsində nəfər körpə evladı var. Həyat yoldaşı Məşgulluq mərkəzində qeydiyyata alınsa da ailəyə hec bir sösial yardım olunmur. Dəfələrlə icra hakimiyyətində oldugunu bildirən şikayətci deyir ki, axırıncı dəfə o, həyat yoldaşı ilə rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyevun qəbulunda olublar və təhqir olunaraq oradan qovulublar. Buna dözməyən həyat yoldaşı özünü benzinlə yandırmaga cəhd edib. Əraziyə polis cagrılıb və şöbədə onların izahatı alınıb.

Şikayətci Əhmədov Əli Şakir oglu olkə başcısına müraciət edərək ondan köməklik istəyir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.





Fikirlər