Deməli, torbada pişık var, ha, cənab rəis?! - REPLİKA

Deməli, torbada pişık var, ha, cənab rəis?! - REPLİKA

QAYNAR.MEDİA xəbər verir ki, hazırda İsmayıllı rayonunun girişində keçmiş "ABU-Petrol" Yanacaq Doldurma Məntəqəsinin 2,5 hektardan cox sahəsinə kamazlarla meşədən kütləvi şəkildə torpaq daşınır. 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi Akif Məmmədov burada əməlli-başlı bazar acıb. 1 kamaz torpagın qiyməti 30 manatdır. Sahənin bir hissəsinə artıq torpaq örtüyü cəkilib. Akif müəllim torpaq işini gecələr görür. Yəni "gecə qara, cücə qara"...

Nə isə, Allah bazarını vesin, ona sözümüz yox. Sözümüz Akif müəllimin "KRİŞA"larınadır, əsas da Nazirlikdə yumyumşaq kresloda əyləşib katibə xanımın dəmləyib gətirdiyi pürrəngi caydan bir qurtum "vurub" "oxaaay" deyən Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə cənabınadır. Möhtərəm rəis dogrudanmı Sizin Akif Məmmədovun belə-belə "əlləm-qəlləm" işlərindən xəbəriniz yoxdur?

Axı, mətbuat vaxtaşırı ondan yazır. Birdir-ikidir bəyəm, hansını deyək?! Hec olmasa bir dəfə də olsa töhmət demirik, xəbərdarlıq da olsa elan etmisinizmi dostunuza?! Belə görünür ki, xeyr! Cənab Nazir Muxtar Babayevun xəbəri olmaya bilər, sizin isə... Ay səni... Deməli, torbada pişık var, ha, cənab rəis?!

Deməli, torbada pişık var, ha, cənab rəis?! - REPLİKA
Deməli, torbada pişık var, ha, cənab rəis?! - REPLİKA
Deməli, torbada pişık var, ha, cənab rəis?! - REPLİKA




Fikirlər