Xaçmaz SSİ-də maliyyə yoxlamaları BAŞLAYIR? - İdarə rəisi Vaqif Səlimovun cox “sirləri” ACILACAQ...

Xaçmaz SSİ-də maliyyə yoxlamaları BAŞLAYIR? -  İdarə rəisi Vaqif Səlimovun cox “sirləri” ACILACAQ...

Son bir neçə aydır ki, Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsini daşıyan Vaqif Səlimovun həyata keçirdiyi idarəçiliyin mahiyyəti yenidən ölkə gündəmini zəbt etməkdədir. Bəlkə də kimlərsə adı çəkilən bu şəxsin həyata keçirdiyi idarəçiliyin bəzi detallarına lazımınca diqqət yetirmir, müəyyən incəliklərə lazımınca əhəmiyyət vermir. Amma, onu unutmaq olmaz ki, uzun illər ərzində səhhətində ciddi problemi olan (Allah ona şəfa versin!) Vaqif Səlimov, uzun müddət ərzində bugünkü vəzifəsini daşıdığından o, su təsərrüfatı sahəsinin "hər cikini, hər bikini” mükəmməl bilir, hətta "daşdan pul çıxarmağı” da mükəmməl bacarır.

Məsələn, redaksiyamıza çatdırılan məlumatlara görə Vaqif Səlimovun rəhbərlik etdiyi Xaçmaz rayon Suvarma Sistemləri idarəsində bir hektar sahənin suvarma suyu ilə suvarılması üçün 44 manat pul alınır. Baxmayaraq ki, dövlət tərəfindən bu qiymətin məbləği 2 man. 50 qəp. müəyyən olunsa da, bu idarədə dövlətin müəyyən etdiyi məbləğə məhəl qoyan yoxdur. Faciə odur ki, ayrı-ayrı sahibkarlardan hər hektara görə 44 manat pul alınsa da, su təminatı davamlı ödənilmədiyindən kecən ilin isti yay günlərində bağçılıq, bostançılıq təsərrüfatı ilə məşğul olan şəxslərə ciddi ziyan dəyir. Hətta, elə hallar da olur ki, ziyan çəkən şəxslər Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin giriş qapısına yığışıb, məhz Vaqif Səlimovun yarıtmaz idarəçiliyinə qarşı etirazlarını açıq formada ifadə edirlər. Bu sırada Qarabağ müharibəsi əlillərinin avqust ayında keçirdikləri etiraz aksiyasını buna misal çəkə bilərik. Söylənilənlərə görə, həmin vaxtlarda idarə rəisi əlilləri lazımi səviyyədə təhqir etməkdən də ehtiyat etmir.

Zaur Mikayılovun Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsinin görün nə qədər vaxt kecib. Xacmaz rayon Suvarma Sistemləri İdarəsində isə kadr dəyişiklikliyi "yaddan cıxıb". Məlumatlı oxucu nə dediyimizi gözəl başa düşür. Yəni bu sahədə haqqında deyilməyən, yazılmayan qanynsuzluqların sərhəd tanımadıgı Vaqif Səlimov yenə də Xacmaz rayon Suvarma Sistemləri İdarəsinin "xozeyinidir". Bunu biz demirik, bütün Xacmaz əhli söyləyir.

Məlum olduğu kimi Xacmaz rayonunun iqtisadiyyatının əsasını bağçılıq və əkinçilik təşkil etdiyindən suvarma suyuna tələbat çox böyükdür. Xacmazda min hektarlarla suvarılan torpaq sahələri mövcuddur. Bütün bu ərazilərin suvarma və meliorasiya işlərini vaxtında və yüksək səviyyədə təmin edə bilmək üçün rayonun Suvarma Sistemləri İdarəsinin bütün resurs və imkanları daim səfərbər vəziyyətdə olmalıdır. O da məlumdur ki, Xacmaz rayonu sel sularından, daşqınlarından ən çox əziyyət çəkən rayonlardan biridir. Burada yaz-yay aylarında dağlarda qarın əriməsindən sonra gələn sel sularının infrastruktura xeyli ziyan vurur. Amma onu da unutmamalıyıq ki,məhz sel sularının törətdiyi fəsadların qarşısının alınması, sahilbərkitmə işləri üçün dövlət hər il buraya külli miqdarda vəsait ayırır. Bəs çay məcralarının təmizlənməsi və daş bəndlərin qurulması işləri necə aparılır.

24saatxeber.com son dövr ərzində Xacmaz rayon Suvarma Sistemləri İdarəsinin dövlət satınalmaları yolu ilə suvarma kanallarını lildən təmizlənməzi, daşqın və selə qarşı mübarizə üçün çay məcralarının cari təmizlənməsi işlərinə ayrılan vəsaitlər ətrafında araşdırma aparmışdır. Sözügedən satınalma prosedurlarının bir neçəsini diqqətinizə çatdırırıq.

Təkcə 2020-cu ildə Xaçmaz rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 9 milyon 556 min 090 manat məbləğində 40 tender keçirilib. Xaçmaz Suvarma Sistemləri İdarəsinin ən böyük tenderinin qalibi olan "Tikinti Bərpa Firması" MMC-yə gəlincə isə bu şirkət özünü icra hakimiyyətlərinə ZİBİL QUTUSU almaqla "zibilə salmışdı"...

Aydın olur ki, bu ilin aprel ayında "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC -nin "Zibil konteynerlərinin satın alınması” məqsədilə elan etdiyi tenderin qalibi olan "Tikinti Bərpa Firması” MMC öz növbəsində "Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri satmalı idi.

"Sumqayıt Şəhər Təmizlik Departamenti" MMC 575 ədəd 1100 litirlik zibil konteyneri üçün "Tikinti Bərpa Firması” MMC-yə 296 min 504 manat 50 qəpik ödəyib. Rəqəmlərdən də göründüyü kimi 1100 litirlik zibil konteynerinin 1 ədədinin qiyməti 516 manat hesablanmışdı.

Xatırladır ki, 2019-cu ilin dekabr ayında "Tikinti Bərpa Firması” MMC Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyinin keçirdiyi tenderin də qalibi olub. Tender nəticəsində "Tikinti Bərpa Firması” MMC 650 ədəd 1430 litrlik zibil konteyneri satın və 1 ədəd zibil konteynerinin dəyəri 438 manat olub
.
Açıqlanan məlumatlardan da göründüyü kimi 4 ay əvvəl daha böyük həcmdə olan zibil konteynerini 438 manata satın alındığı halda, sonradan 1100 litrlik zibil konteyneri 516 manata satın alınır. Qeyd edək ki, müxtəlif elan saytlarında 1100 litrlik metal zibil konteynerinin 420 manata satılmadı barədə elanlara rast gəlmk mümkündür.

Onu da bildirək ki, "Tikinti Bərpa Firması” MMC 03.03.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Quba şəhəri məh.16 olaraq göstərilən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi Cəfərov Rafiq İmanqulu oğlu olan MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil.

Belə bir korrupsiya şübhəli tenderdə adı çıxan "Tikinti Bərpa Firması” MMC indi də Xaçmazın yeni başçısının "diqqətindədir"... Nə deyirik, BAZAR OLSUN...

Ən əsası isə ondan ibarətdir ki, bu şəxsi iş başında tapmağın özü müşkül məsələ olur. Tutaq ki, hansısa bir problemlə bağlı şəxsən onun özünə hansısa sualı verib cavab əldə etmək istəyirsən, o halda telefona cavab verən xanım katibə "Vaqif müəllim işdə yoxdur, işə nə vaxt gələcəyi haqda da məlumatım yoxdur” deyə cavab verir. Bu cür cavabların verilməsi, əslində Vaqif Səlimovla bağlı şübhələrin birəbeş artmasına səbəb olur.

Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, bu şəxs daha çox gəlir əldə etmək üçün yerlərdəki su istifadəçiləri birlikləri ilə müqavilələr bağlayır və suvarma üçün nəzərdə tutulan suyu onlara verir. Su istifadəçiləri birlikləri də, onların ixtiyarına verilmiş suvarma suyunu ehtiyacı olan şəxslərə baha qiymətə satıb, əldə olunan gəlirlərin daha çox hissəsini Vaqif Səlimova çatdırırlar. Unutmaq olmaz ki, həmin şəxslərin tam əksəriyyətinin bu və digər yollarla Xaçmaz rayon Suvarma Sistemləri idarəsinin rəisinə bağlı olduğu bildirilir.

Qısa bir xatırlamanı yada salaq ki, xeyli müddət bundan öncə Vaqif Səlimovun iş otağında Melorasiya və Su Təsərrüfatı ASC-nin sabiq sədri Əhməd Əhmədzadə "Benladen” adlandırılmışdı. Bu cür yanaşmanın varlığı onu sübut edirdi ki, Vaqif Səlimov öz rəhbərinə "dönük çıxan” vəzifə sahiblərindəndir. O halda sual oluna bilər ki, görəsən idarə rəisi vəzifəsini daşıyan bu şəxs yeni rəhbərinə qarşı da "dönük çıxacaqmı?” və onu nə adlandıracaq?

Mövzuya qayıdacağıq.//24saatxeber.com




Fikirlər