İŞ ADAMI NAZİRƏ MÜRACİƏT ETDİ - Bu rəsmi sənəddir, yoxsa sahibkarları "tasa" otuzdurmaq ücün bir vasitə!

İŞ ADAMI NAZİRƏ MÜRACİƏT ETDİ - Bu rəsmi sənəddir, yoxsa sahibkarları "tasa" otuzdurmaq ücün bir vasitə!

Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan, iş adamı Əsədov Adil Əsəd oglu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə mətbuat vasitəsi ilə müraciət edib. Müraciətdə deyilir:

"Cənab nazir! Prezident İlham Əliyev televizyada cıxışında dəfələrlə sahibkarlara müdaxilələr olunmamasını vurgulayıb. Cənab Prezident həm də bildirib ki, əgər rüşvət alınarsa, dərhal mənə yazın və müraciət edin. Cənab nazir! Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribov, Xanmusa, Kamil və Ramin bir yerdə Qarabaga yardım adı ilə müəyyən hesablara qanunsuz cərimələr yazılmaqla biz sahibkarlara külli miqdarda ziyan vurublar. Bu işlərə birbaşa rəhbərlik edən Meşələrin İnkişafı Xidmətinin sabiq rəisi Namiq Xıdırovdur. Nazirliyin audit şöbəsinin hesablamasına görə 2 il ərzində Namiq Xıdırov müqavilə artırma, Qarabağa dəstək və ianə adı ilə ümumi hesablamaya görə 4.5 milyon manat dələduzluqla sahibkarlara və dövlət əmlakına ziyan vurub. Onun Oğuz və Quba rayonlarında hər birinin dəyəri 1-1.5 milyon manat dəyərində villaları var. Sual olunur: Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsinin aylıq müvacibi nə qədərdir ki, Namiq Xıdırov "bogazına qənaət edib" bu obyektləri "ərəsəyə" gətirib?!"

Müraciətdə qeyd olunur ki, bütün bu qanunsuzluqların arxasında nazir müavini Vüqar Kərimov dayanır:

"İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının ərazisində 149 iaşə obyekti rəsmiləşdirmişdir. 37 obyekti isə bilərəkdən siyahıya salmamışdılar. Ekologiya nazirliyinin auditinin təxmini hesablamasına görə Namiq Xıdırov Əfqan Qəribovun müavini Kamil adlı şəxsin və Xanmusanın iştirakı ilə Qarabağa kömək adı ilə sahibkarlardan adambaşına 500-dən 2500 manat arası pul yığaraq mənimsəmişdir. Məgər bundan nazir müavini Vüqar Kərimovun xəbəri yox idi? Var idisə, onda, niyə vaxtında Sizə məlmat verməmişdir. Sual olunur, bu qanunsuzluqla baglı nazir müavini Vüqar Kərimova yüngül də olsa hər hansı bir tənbeh verilibmi? Aşagıda təqdim etdiyim bu sənəd rəsmidir, yoxsa sahibkarları "tasa" otuzdurmaq ücün düşünülmüş bir vasitədir?"

İŞ ADAMI NAZİRƏ MÜRACİƏT ETDİ - Bu rəsmi sənəddir, yoxsa sahibkarları "tasa" otuzdurmaq ücün bir vasitə!

Sonda şikayətci Adil Əsədov ümudvar oldugunu bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu qanunsuzluga aydınlıq gətirəcəklər.




Fikirlər