Əfqan Qəribov: "Bu gündən işimdəyəm. Buranın naziri də özüməm, müdiri də!"

Əfqan Qəribov: "Bu gündən işimdəyəm. Buranın naziri də özüməm, müdiri də!"

Kecən sayımızda Agcəbədi rayon Taxta körpü qəsəbəsində yaşayan, iş adamı Əsədov Adil Əsəd oglu redaksiyamıza müraciət edərək haqqında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdiyi ücün Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribov tərəfindən təhdid olunduğunu bildirmişdi.

İş adamı Əsədov Adil Əsəd oglu yenidən Qaynarxett.az-a ciddi acıqlamalarla müraciət edib. O, bildirib ki, Şamaxı Regional Meşə Təsərrüfat Birliyinin sabiq rəhbəri Əfqan Qəribovun meşələrə necə divan tutması, xüsusilə meşə zolaqlarında narkotik bitkilərin becərilməsinə necə şərait yaratması barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin faktların biri 2020-ci ilin may ayında aşkarlanmışdı:

"O zaman Daxili İşlər Nazirliyi İsmayıllı rayonunun Qalıncaq kəndi ərazisində meşə zolağında Zərdab rayon sakini Qazıyev Zaur Faiq oğlu və İsmayıllı rayon sakini İsmayılov Elman Süleyman oğlunun 2457 ədəd narkotik bitki olan çətənə kolu və 6 kiloqram qurudulmuş marixuana ilə tutulmaları barədə rəsmi açıqlama verdi. Həmin meşə zolağının meşəbəyisi Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Əfqan Qəribovun doğmaca qardaşı İsgəndər Qəribov idi. Əfqan Qəribov qardaşı İsgəndər Qəribovla birgə gözətçisi işlədiyi ərazidə hektaryarım sahədə narkotik bitkilər yetişdirmişdi. Həmin 3 km məsafədən əraziyə su çəkilmişdi. Bütün bunlara rəgmən Əfqan Qəribov köhnə tarixə, yəni mart ayında qardaşının işdən çıxması barədə əmr verib. Amma indi hər şey elektron sistem olduğu üçün nazirliyin bütün sənədlərində həmin dövrdə İsgəndər Qəribovun həmin vəzifədə işlədiyi barədə, onun əmək haqqı alması haqda sübutlar var. Bu işlərdə Əfqan Qəribovun arxalandığı şəxs də onun əmisi Cabbar Qəribovdur. Sonuncu şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyində mühüm post tutur. Bundan əlavə onun himayəçisi kimi nazirlikdə yüksək vəzifə tutan tələbə yoldaşının olduğu bildirilir”.

KİCİK BİR HAŞİYƏ

Yazını capa hazırlayarkən media üzərindən kicik bir araşdırma apardıq. Məlum oldu ki, həmin sensasiyalı fakt ölkə mətbuatının da diqqətindən qacmayıb. Məsələn gundelik-baku.com saytı yazır:

"...Söhbət 3-4 çətənə kolundan deyil, minlərlə narkotik tərkibli bitkidən gedir. Necə olur ki, kimsə bağlı hasar arxasında öz həyətində 5-6 çətənə kolu əkən kimi uçastkovı- sahə müvəkkili xəbər tutur, ancaq açıq ərazidə, meşənin içində minlərlə narkotik bitki əkilir,özü də XÜSUSİ QULLUQ göstərməklə və bundan heç kimin xəbəri omur. Bu necə ola bilər ?
XÜSUSİ QULLUQ deyəndə söhbət KULTİVASİYA-dan gedir, cənablar, başa düşürsünüzmü ?
Söhbət hansısa meşə ərazisində aşkar olunmuş YABAN-ı şəkildə bitən 5-6 çətənə kolundan getmir, narko-PLANTASİYA-dan gedir.
Görəsən necə olub ki, bu narko plantasiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşələrə nəzarət edən qurumlarının, meşə gözətçilərinin, meşəbəyilərin, meşəyə qulluq edənlərin diqqətini cəlb etməyib..?
Ekologiya nazirliyinin regionda səlahiyyətli nümayəndəsi Əfqan Qəribov görəsən hara baxırmış ?
Əfqan Qəribovun qardaşı olan meşəbəyi nə əcəb bu boyda narkoplantasiyanı görməyib ?
Axı, meşənin bəyi sənsənsə, heç olmasa meşədə baş verənlərdən ən azı sənin xəbərin olmalıdır. Axı, minlərlə narkotik tərkibli çətənə kollarının əkilməsi, becərilməsi 1 saatın, 1 günün, hətta 1 ayın işi deyil. Necə olub ki, bu müddətdə Qəribov qardaşlarının bu plantasiyadan xəbəri olmayıb..?
Axı, bu elementar məntiqə sığan məsələ deyil.
Bəs rayonun hüquq-mühafizə orqanları hara baxırmış ?
Necə ola bilər ki, kimsə Zaqataladan, yaxud Zərdabdan gəlib İsmayıllıda narkotik becərsin və kimsənin bundan xəbəri olmasın.
gundelik-baku.com. 24-08-2020"

Şərhə ehtiyac görmədik və aşagıda həmin hadisəni ictimailəşdirən "ARB" televiziya kanallarının video-süjetini də nəzərinizə catdırırıq.



Şikayətci Adil Əsədov deyir ki, hazırda iş Şəki Ağır Cinayətlər Məhkəməsində gedir:

"Əfqan Qəribovun özü dediyi kimi "əli çox uzundur". Məndə olan məlumata görə qardaşını o narkotik qalmaqalından uzaq saxlamaq bir yana, həmin işin ort-basdır edilməsinə də nail olub. Bu narkobaronun arxasında kim dayanır? Bizə çox qaranlığdır, bu gün iş yerinə qayıdaraq deyir ki, məni 20 gün müvəqqəti işdən azad etmişdilər, tamam oldu. Bu gündən işimdəyəm. Hamınız bilin, buranın naziri də özüməm, müdiri də!"

ARDI VAR...

Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Qaynarxett.az




Fikirlər