AGSU Yol Patrul Xidmətinnin əməkdaşları gecə-gündüz İŞ BAŞINDADIRLAR...

AGSU Yol Patrul Xidmətinnin əməkdaşları gecə-gündüz İŞ BAŞINDADIRLAR...
Ağsu Rayon Polis İdarəsinin Yol Patrul Xidmətinin rəisi Bəxtiyar Heydərov, müavini Ziya Məmmədov və bütün əməkdaşları gecə gündüz bilmədən daima rayon sürücülərinin keşiyindədirlər.Əsas qayələri,istər sürücülərin istərsə də piyadaların təhlükəsizliyi olan YPX əməkdaşları öz çətin və şərəfli işləri ilə qürur duyurlar.Heç bir qanunsuzluğa,rüşvət hallarına yol verməyən asayiş keşiçilərimiz heç bir sürücünü incitmir,qanundankənar heç kimə cərimə yazmırlar.Sürücülük vəsiqəsi olmayan, qanun pozuntusu edən vətəndaşlar isə məhz polislərimiz tərəfindən qanunla nəzərdə tutulmuş qaydada cərimələnirlər.İndiyədək hər hansı bir sakin deyə bilməz ki,onu YPX əməkdaşları qanunsuz və heç bir günahı olmadığı üçün saxlayıblar.

Bəli, həftənin 7 gününü, günün 24 saatını, bir sözlə, bütün həyatımızı sakitlik, sabitlik, dinclik içərisində keçirmək hər birimizin arzusudur. Arzusu həqiqətə çevriləndə, reallaşanda insanın bir minnətdarlıq etmək ehtiyacı yaranır. O zaman uca səslə deyin: Mənim polisim, məni qoruduğun üçün sağ ol! Bax, bir neçə kəlmə ilə ifadə edilən bu minnətdarlıq ilin bütün fəsillərində-yayın qızmar istisində, qışın qan donduran soyuğunda, günün hər bir saatında iş başında olan və səni, məni, bizi hər cür təhlükələrdən qoruyan POLİS üçün ən böyük mükafatdır. Elə isə icazənizlə sizlərin Xeberci org olaraq, başda Ağsu YPX nin rəisi Bəxtiyar Heydərov, qısa zamanda böyük nüfuz qazanmış Ziya Məmmədov, sürücülərin daima hörmət etdiyi Orxan Əzizov başda olmaqla YPX- nın bütün əməkdaşlarına bu şərəfli və çətin işlərində uğurlar arzu edirik.




Fikirlər