FELYƏDDİN müəllim, AD GÜNÜN MÜBARƏK!

FELYƏDDİN  müəllim, AD GÜNÜN MÜBARƏK!

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Qusar rayonunda tanınmış iş adamı Haciyev Felyəddin Şahbaz oglu haqqında qaynaqlanan maraqlı fikirləri, söhbətləri məmnuniyyətlə qələmə alıb oxucularımıza çatdırmağı özümüzə borc bildik.

...Həyatda elə insanlar var ki, onların həyatı, fəaliyyəti el-obasına, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, təşkilatcı rəhbər iş adamı Felyəddin Haciyevdir .

Cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Felyəddin müəllim əsl ziyalı, əsl iş adamıdır. Bəli, o, əsl Vətən daşıdır. Onun saf su kimi qəlbi var. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, axirətdə Allahın qarşısında vərə biləcəyi imtahanı düşünən adamdır. Bu adam bəziləri kimi bu dünyanı tutub durmayıb, ölümün haqq olduğuna inanır və o üzdən diriykən rəhmət qazanıbdır...

Bəli, məhz ona görə də Felyəddin müəllim istər ictimaiyyət, istərsə də rəhbərlik etdiyi kollektiv tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu mərtəbəyə öz gərgin əməyi ilə ucalıb. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın onu sevənlərin, uca tutanların mövqeyı budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır.

Bəli, bir həqiqət isə GÜN İŞIGI kimidir: İş adamı Felyəddin Haciyevi tanıyanlardan kimdən soruşsanız onu belə xarakterizə edəcəklər:

… O, elə iş adamıdır ki, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Vətənpərvər, yurdservər və xeyirxah insan, səmimi və mehriban dostumuz, çox hörmətli FELYƏDDİN HACIYEV. Sizi AD GÜNÜnüz və eyni zamanda YUBİLEYiniz münasibətilə ürəkdən və səmimi qəlbdən təbrik edirik! Sizə uzun ömür, möhkəm cansaqlıqı, firavan həyat, xoşbəxtlik, ailə səadəti, şəxsi həyatınızda, əmək fəaliyyətinizdə, və eləcə də ictimai işlərinizdə yeni-yeni uğurlar arzulayırıq!

Böyük hörmət və ehtiramla 24saatxeber.com xəbər portalının rəhbərliyi.




Fikirlər