Arif Quliyevdən ÜZÜCÜ XƏBƏR - Həkim AÇIQLADI (YENİLƏNDİ)

Arif Quliyevdən ÜZÜCÜ XƏBƏR - Həkim AÇIQLADI (YENİLƏNDİ)

"Xalq artisti Arif Quliyevin vəziyyəti ciddi ağır qiymətləndirilir. Xalq artisti təxminən 10 gündür virusa yoluxub. Xəstəxanada aparılan müalicələrə baxmayaraq vəziyyətində ağırlaşmalar olduğu üçün bu gün reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib".

Bunu Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

Onun sözlərinə görə, xəstənin ciyərlərinin 90 faizi COVID-19-dan zədələndiyi üçün süni tənəffüs aparatı dəstəyindədir:

"Lazım olunan bütün müayinə və müalicələr aparılır. Amma vəziyyəti olduqca ağırdır". (report)

xxx


10:33

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub, vəziyyəti ağırdır.

Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Xalq artisti bir neçə gün əvvəl “Yeni klinika”ya yerləşdirilib: “Səkkiz gündür ki, virusa youxub. Bu gün vəziyyəti çox pis olduğuna görə süni tənəffüs aparatına qoşulub. Vəziyyəti olduqca kritikdir. Həkimlər əllərindən gələni edirlər”.

“Yeni klinika”dan bildirilib ki, A.Quliyev hazırda reanimasiya şöbəsindədir. (report)




Fikirlər