GETDİK, GÖRDÜK VƏ YAZDIQ -Düzü düz, əyrini əyri...

GETDİK, GÖRDÜK VƏ YAZDIQ -Düzü düz, əyrini əyri...

Şər və Böhtan yazanlara tutarlı cavab - Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlov haqqında jurnalistlərin ağlına nə gəldi onu da qələmə alır

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN.......

Mən isə çalışacam ki, bəziləri kimi eşitdiklərimə yox, gördüklərimə əsaslanım, eşitdiklərimdən vaz keçim. Özünə jurnalist deyən hər kəs də gərək belə etsin. Gördüklərini, müşahidə etdiklərini yazsın: “Etibarlı mənbə”yə etibar etməsin. Əsas məqsədə keçmədən onu qeyd etmək istərdim ki, sosial şəbəkələrdə sayt, portal, informasiya agentliyi adına çirkli yuva quran bir sıra jurnalistikaya ləkələr gətirənlər Ağsu rayonunda, ümumilikdə ölkəmizdə müsbət bir şey görmürlər. Çünki onlar mənəvi kordular. Divin canı şüşədə olan kimi, onların təsisçiləri, baş redaktorları və bütün əməkdaşlarının canı da şərdə, böhtanda, iftirada, mənəviyyatsızlıqda, satqınlıqda, goreşənəlikdə, ayaq altı qazımaqda, maddi hərislikdədir.

Onlar yerlərə inkişafı, yüksəlişi, hər bir bölgənin hərtəfli tərəqqəsini görmək üçün getmirlər. Bəzən də xeyirxah, tərəfdaş cildinə girib, əncir yarpağı boyda qəzetində boğazdan yuxarı sözlərdən ibarət dərc etdiyi bir yazını götürüb əvəzini almağa rayonlara cumurlar. Burada M.F.Axundzadənin “Hacı qara” komediyası.

Mətləbi deyəsən bir az uzatdım. Obyektiv oxuculardan üzr istəyirəm. Məqsədə gəlirəm. Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlovun fəaliyyətinə kölgə salmaq istəyənlərin mənəviyyatı, keçmişi, bu günü kölgəlidir, əxlaqı ləkəlidir. Rəhbərliyin tutduğu yol isə çox aydın və düzdür. Məramı, məqsədi cənab Prezidentin sərəncam, tapşırıq, göstəriş və tövsiyələrini məsuliyyətlə icra etməklə rayon əhalisinə xidmət göstərməkdir. Nəticələr isə göz qabağındadır .

Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlov - Ağsu indi Azərbaycanın ən qabaqcıl rayonlarından biridir və bu çox sevindiricidir. Çünki son illər ərzində Ağsuda gedən quruculuq-abadlıq işləri rayonun potensialını böyük dərəcədə gücləndirə bilmişdir.
GETDİK, GÖRDÜK VƏ YAZDIQ -Düzü düz, əyrini əyri...
Ağsu rayonuna gəldiyi gündən Vahid Tağıyevin icra başçısı vəzifəsini daşıdığı Ağsu rayonunda görülən işlərin siyahısına nəzər salanda isə Ağsu rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Bu gün ölkəmizin hər yerində geniş abadlıq-quruculuq işləri gedir. Bunun da nəticəsində respublikamızın bütün regionları gündən-günə öz simasını dəyişərək abad və gözəl şəhərə çevrilirlər. Bu müstəvidə Ağsu rayonunda da gedən abadlıq-quruculuq işlərinin geniş vüsət alması və bu çərçivədə şəhərimizin ən gözəl məkanlardan birinə çevrilməsi hamımızda qürur hissi doğurur.. Belə ki, şəhərin giriş hissəsindən başlayaraq çıxışına qədər hər yerdə geniş abadlıq-qüruculuq işləri aparılır. Ağsunun Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməsində Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin və kollektivin əməyi böyükdür. Vahid müəllim rayonda aparılan abadlıq-quruculuq işlərini özünün xüsusi diqqət mərkəzində saxlayır.

Məhz bütün bunlar bir daha onu deməyə əsas verir ki, Ağsu rayonu Vahid Tağıyevin rəhbərliyi altında bu gün uğurlu uğurlu iqtisadi inkişaf, mədəni yüksəliş dövrünü yaşamaqdadır.

Ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Ağsu rayonunda bu il Bakı-Qazax magistral yolunun sağ və sol sahə hisssələrində 1000 ədəd eldar şamı əkilib. Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçəsində və Heydər Əliyev küçəsində 200-dən çox eldar şamı və müxtəlif növ uzunömürlü və dekorativ bəzək ağacları, gül kolları əkilib. Bundan başqa şəhərin küçə və meydanlarında, yol kənarlarında yaşıllıq salınıb. Ağsu rayon icra hakimiyyəti tərəfindən təşkil olunmuş Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar kütləvi ağacəkmə tədbirləri keçirilib. 2 hektar ərazidə 4min ədədə yaxın ağac əkilib.

Azərbaycan şairi Molla Vəli Vidadinin adını daşıyan küçəsindən Ağsu-Kürdəmir yolunun sonuna qədər budama işləri artıq yekunlaşıb.
GETDİK, GÖRDÜK VƏ YAZDIQ -Düzü düz, əyrini əyri...
Hal-hazırda Məmməd Əmin Rəsulzadə küçəsində işlər bitmək üzrədir bitmək üzrədir. Ümumilikdə rayonda qısa müddətdə budama işləri tam yekunlaşacaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlovdur.

Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Namiq Mürsəlov bu işin müqəddəsliyini qoruyub saxlayır. Namiq Mürsəlov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Namiq Mürsəlov: Ağsu rayonunda ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir

Sorğu apardıq ağız dolusu Namiq Mürsəlovdan danışdılar yaxşı ki, Namiq Mürsəlov Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi təyin olunub… Namiq Mürsəlov öz isguzarlığı ilə tanınır və seçilir….
GETDİK, GÖRDÜK VƏ YAZDIQ -Düzü düz, əyrini əyri...
Namiq Mürsəlov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Namiq Mürsəlovu heç vaxt əqidəsindən döndərə bilməz.

Namiq Mürsəlov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Namiq Mürsəlov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Namiq Mürsəlov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Namiq Mürsəlovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Namiq Mürsəlov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Namiq Mürsəlov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Namiq Mürsəlov özünü doğruldub. Bizdə hörmətli Namiq Mürsəlovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

P.S. Xeberci.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ağsu rayon Yaşıllaşdırma Təsərrüfatı Birliyinin rəisi Namiq Mürsəlovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

Namiq Mürsəlov: Ağsu rayonunda ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir




Fikirlər