Gəncə, Naftalan, Ağsu və Xaçmazda qaz təchizatı dayandırılıb

Gəncə, Naftalan, Ağsu və Xaçmazda qaz təchizatı dayandırılıb

Bu gün səhər saat 09.00-dan axşam saat 18:00-dək Gəncə şəhərinin bir hissəsi, Bağmanlar qəsəbəsi və Ağsu rayonunun 41 yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb.

“APA-Economics”in “Azəriqaz” İstehsalat Birliyinə istinadən verdiyi məlumata görə, qaz təchizatının dayandırılmasının məqsədi aşkarlanan qaz sızmalarının aradan qaldırılmasıdır.

Bundan başqa, Naftalan rayonunda bir qrup abonentin qaz təchizatı texniki baxışın aparılmasına görə dayandırılıb. Qazın verilişi saat 17:00-dək bərpa olunacaq.

Xaçmaz şəhərində bir qrup abonentin bəzi təmir işləri ilə bağlı səhər saat 09:00-dan dayandırılan qaz təchizatı isə sabah bərpa olunacaq.




Fikirlər