“Rusiya keçmiş Sovet respublikalarını....” – Lavrovdan kritik açıqlama

“Rusiya keçmiş Sovet respublikalarını....” – Lavrovdan kritik açıqlama

“Ukrayna, Gürcüstan və Ermənistandakı siyasi prosesləri diqqətdə saxlayırıq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Ölkənin baş diplomatı SSRİ-nin çökməsindən sonra Qərbin yürütdüyü siyasətə diqqət çəkib:

“Təəssüf ki, SSRİ-nin dağılmasından sonra Qərb tarixin başa çatdığına inanırdı. İndi isə bəzi dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə edilməsinə icazənin verildiyini və daxili siyasi prosesləri idarə edə bildiyini deyir”.

Lavrov Ermənistanda gedən ictimai-siyasi poseslərə də diqqət ayırıb: “Bu ölkə Cənubi Qafqazda Rusiyanın açar müttəfiqidir. Rusiya Ermənistanın strateji müttəfiqi olmaqla yanaşı, iqtisadi tərəfdaşlıqda lider mövqedədir”.

Gürcüstana gəlincə, rus diplomat Rusiyanın gürcüləri düşmən kimi qəbul etmədiyini deyib: “Təəssüf ki, bu ölkədə bəzi siyasətçilər öz hədəflərinə çatmaq üçün Rusiya əleyhinə fəaliyyətlərə yol verir”.

Sergey Lavrov Rusiyanın keçmiş SSRİ məkanında birləşdirici tərəf kimi çıxış etdiyini, bu bölgədəki respublikalarla bir çox sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.




Fikirlər