Nazim İsmayılov "OUT", İlham Quliyev "İN"

Nazim İsmayılov "OUT", İlham Quliyev "İN"


İl başlayandan Prezident öz vəzifə səlahiyyətlərini icra edə bilməyən icra başçılarından bir neçəsi ilə vidalaşdı. Bir neçə icra başçısını isə başqa rayonlara təyin etdi. Sonuncu belə dəyişiklik isə Nazim İsmayılov Siraqəddin Cabbarov yərdəyişməsi oldu.

Hazırda Saatlı rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov fəaliyyəti dövrü mətbuatda ən çox tənqid olunanlar sırasındadır.

Məlumat üçün bildirək ki, İsmayılov Nazim Mehdi oğlu – 24 iyul 1952-ci ildə Göyçay rayonu Kürdşaban kəndində anadan olub. 1974-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1991-ci ildə isə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İxtisasca istilik energetik mühəndisi və politoloqdur.
Əmək fəaliyyətinə 1974-cü ildə "Sumqayıtkimyasənaye" İstehsalat Birliyi Oktyabr inqilabının 50 illiyi adına üzvü məhsullar zavodunda mühəndis kimi başlayıb. 1977-1980-cı illərdə Göyçay Birləşmiş Qazanxana və İstilik Şəbəkələri idarəsində usta və direktor, 1980-1981-ci illərdə Göyçay rayonu Partiya Komitəsində təlimatçı, şöbə müdiri, 1981-1989-cu illərdə Göyçay rayonu Xalq Nəzarəti Komitəsinin sədri, 1989-1990-cı illərdə Göyçay rayonu Partiya Komitəsinin katibi, 1990-1991-ci illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019 – cu illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı işləmişdir. 1983-1985, 1988-1990 və 1992-1994-cü illərdə Göyçay rayon XDS-nin deputatı seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Saatlı rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2012-ci il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Yeni Azərbaycan Partiyası Siyasi Şuranın üzvüdür.

Məlumata görə Nazim İsmayılov hələ Sabirabad rayonunda işləyərkən üzə vurmağa cürətləri çatmasa da, rayonun əksər vəzifəli şəxslər onun əlindən “qan ağlayıb”. Səbəb sadə və üzücüdür: İcra başçısı müxtəlif adlarla ayrılmış büdcə vəsaitini…, əvəzində isə nəzərdə tutulmuş işlər rayondakı biçarə vəzifə sahiblərinin üzərinə yıxıb. Onlar da seçim qarşısında qalmalı olurlar: ya icra başçısının tapşırığı yerinə yetirilməlidir, ya da vəzifələrinə “əlvida” deməlidir. Dəfərlərlə müxtəlif səviyyələrdə qeyd olunub ki, rayonlarda bir çox icra hakimiyyətinin başçıları həftənin bütün günləri rayonda olub, idarəetmə işləri ilə məşğul olmalıdırlar. Nazim İsmayılov isə həftənin birinci və ikinci günləri rayonda, digər vaxtlarda Bakıda özünün biznesinin başında olub.
Hazırda Saatlı icra hakimiyyətinin başçısı olan Nazim İsmayılov Sabirabadda olduğu kimi Saatlıda da ənənəsinə sadiq qalıb. Saatlını da Sabirabadı idarə etdiyi kimi idarə edir.

Artıq Saatlıda da həm vətəndaşlar , həm də sahibkarlar özbaşınalıqdan cana doyublar.

Halbuki rayonda vətəndaşların, xalqın etimadını qazanmış, icra başçısı postuna əsil namizəd olan məmur var. Bu icra başçısının müavini İlham Quliyevdir. Başçıdan fərqli olaraq Quliyevin adı heç bir korrupsiya qalmaqalında hallanmır. Əhali onun qəbulunda olarkən maksimum kömək etməyə çalışır. Əlbətdə səlahiyyət çox olarsa , idarəetmə ona tapşırılarsa Saatlı az bir zamanda ağ günə çıxacaq.

Bizə etibarlı mənbədən verilən məlumata görə Quliyevin namizədliyinə PA-da artıq baxılır. Məsələ yaxın günlərdə həllini tapmalıdır.

Saatlı xalqı bu xəbəri səbirsizliklə gözləyir və gələcəyə ümidlə baxır.

Necə deyərlər, yol ver İsmayılov… Quliyev gəlir..




Fikirlər