İlham Əliyev Xalq artistinin oğluna ev verdi

İlham Əliyev Xalq artistinin oğluna ev verdi

Azərbaycan Prezidenti İlham Əliyev mərhum müğənni Anatollu Qəniyevin oğlu, Xalq artisti Heydər Anatolluya ev bağışlayıb.

Bu barədə H.Anatollu Oxu.az-a özü bildirib. O deyib ki, Bakı Şəhəri İcra Hakimiyyətindən zəng vuraraq cənab Prezidentin ona mənzil hədiyyə etdiyini bildiriblər:

"Artıq evlə tanış olmuşam. Üç otaqlıdır. Yeni Yasamal ərazisində yerləşir.

Cənab prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu, sənətimə və səhnə fəaliyyətimə verilən ən yüksək dəyərdir”.

Qeyd edək ki, bundan əvvəl ölkə başçısı Xalq artisti Məmmədsəfa Qasımova, Əməkdar artistlər Vəfa Rzayevaya, Sənubər İsgəndərliyə də ev hədiyyə edib.




Fikirlər