Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyev barədə şər-böhtan yazanlara tutarlı cavab...

Ağsu rayon yol istismar idarəsinin rəisi  Aqil Niftəliyev barədə şər-böhtan yazanlara tutarlı cavab...

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Avtomobl Yolları Agentliyinin Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyevdir.

Düzdür, məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyevin uğurunu görmək istəmir, xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Aqil müəllim haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazmaq yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.
Həmkarlarımıza demək istərdik ki, heç bir “etibarlı mənbə” Agsu camaatını əvəz edə bilməz.

Yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyev yüksək insanlığı ilə seçilən bir məmurdur. O, idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir. Bunun sirri onun çoxsahəli peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Bəzi media orqanları isə Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyev haqqında böhtan yazmağı özləri üçün pis bir vərdişə çeviriblər. Görünür, kimlərsə Aqil müəllim barədə ağlına və ağzına gələni yazmağı “peşə borcu” sayır. Odur ki, belə əsassız məlumatları yayanlar söz azadlığını yalan və böhtan azadlığı kimi başa düşməkdən əl çəkməlidirlər. Unutmamalıdırlar ki, belə cılız qarayaxmalar bütövlükdə KİV-ə inamı azaldır, mətbuatın ümumi nüfuzuna xələl gətirir.

PS.
Bir daha bildiririk ki, Ağsu rayon yol istismar idarəsinin rəisi Aqil Niftəliyevlə bağlı kütləvi informasiya vasitələrində gedən yazılar reallığı əks etdirmir və onun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq üçün göndərilən,heç bir insanı və etik normalara sığmayan bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır.

24SAATXEBER.COM




Fikirlər