Ağsuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yığıncaq keçirilib

Ağsuda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yığıncaq keçirilib

Yeni Azərbaycan Partiyası Ağsu rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən yığıncaq keçirilib.

Yığıncaq iştirakçıları əvvəlcə Heydər Parkına gələrək Yeni Azərbaycan Partiyasının təsisçisi, müasir müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin abidəsini ziyarət edib, önünə güllər düzüblər.

“Heydər Əliyev Yeni Azərbaycan Partiyasının qurucusudur” mövzusundakı məruzədə və çıxışlarda vurğulanıb ki, xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn Ümummilli Liderin işləyib hazırladığı dövlətçilik, quruculuq və inkişaf konsepsiyası qısa vaxtda ölkə həyatının bütün sahələrində dönüş yaradaraq hərtərəfli sosial-iqtisadi inkişafın əsasını qoyub.

Vurğulanıb ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xarici iqtisadi əlaqələrini daha da genişləndirilib, regional layihələrin lider tərəfdaşına çevrilib.

Məruzə və çıxışlarda Yeni Azərbaycan Partiyasının bu gün ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında aparıcı qüvvə olduğu diqqətə çatdırılıb.

Fikirlər