Siyəzən bələdiyyəsinin sədrindən ACIQLAMA: "Deyir ogluma toy eləmək istəyirəm, torpaq ver satım"

Siyəzən bələdiyyəsinin sədrindən ACIQLAMA: "Deyir ogluma toy eləmək istəyirəm, torpaq ver satım"

Siyəzən bələdiyyəsinin sədri Azər Babayev 24saatxeber.com sayıtına verdiyi məlumata görə Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Zeynalov Sabir Mabetdin oğlu tərəfindən müxtəlif dövlət inistansiyalarına yazdıgı əsassız və böhtan dolu saysız-hesabsız şikayət ərizələri ilə şantay olundugunu bildirir. Bələdiyyə sədri deyir: “ Siyəzən şəhəri, Vidadi küçəsi, ev 45-də yaşayan Sabir Zeynalov təxminən 3 il əvvəl mənə müraciət edərək xırda ticarət obyeki tikmək ücün torpaga ehtiyacı oldugunu bildirdi. Biz vətəndaşın müraciətini araşırıb şəhərin mərkəz sahəsində 0.30 ha tor sahəsi ayırdıq. Elə hər şey də bundan sonra başladı. Hec bir ay kecməmiş Sabir Zeynalov yenidən mənə müraciət edib bu səfər rayon mərkəzi xəstəxanasının giriş qapısına bitişik ərazini istədi. Mən xırda ticarət obyeki tikmək ücün artıq ona torpaq sahəsi verildiyini, həmcinin istədiyi həmin ərazidən kanalizasiya xətti kecdiyini aydınlaşdırdım. Bundan sonra narazı qalan Sabir Zeynalov məndən müxtəlif instansiyalara yüzlərlə şər və böhtan dolu şikayət məktubu göndərib. Bu adamın nə istədiyi məlum deyil. Gah deyir ogluma toy eləmək istəyirəm, torpaq ver satım. Aglı başında deyil bunun. Agzına nə gəldi yazır. Dəfələrlə etdiyi şikayətlər yoxlanılıb, hamısı da şər, böhtan xarakterli".

Siyəzən bələdiyyəsinin sədri Azər Babayev sonda bildirdi ki, şikayətci Sabir Zeynalov haqqında dediklərimi yerində araşdıra bilərsiniz. 3 ildir ki, bu adam məni şantay edir. Bir necə ay əvvəl mən onu şərəf və ləyaqətimi qorumaq məqsədilə Siyəzən rayon məhkəməsinə verdim və Sabir Zeynalov məhkəmə hökmü ilə 2000 manat cərimə edildi. Onun apelyasiya şikayəti də mənim xeyrimə təmin olundu. Ancaq o, törətdiyi əməllərdən peşiman olmaq əvəzinə öz cirkin işlərini davam etdirməkdədir. Qərara gəlmişəm ki, onun barəsində yenidən məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edim.
24saatxeber.com
Siyəzən bələdiyyəsinin sədrindən ACIQLAMA: "Deyir ogluma toy eləmək istəyirəm, torpaq ver satım"




Fikirlər