İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISINA VƏZİFƏ VERİLDİ – Prezident Administrasiyasında

İŞDƏN ÇIXARILAN İCRA BAŞÇISINA VƏZİFƏ VERİLDİ – Prezident Administrasiyasında

Bu yaxınlarda Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Razim Məmmədova yüksək vəzifə verilib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Razim Məmmədov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub.

Təyinatın dünən olduğu deyilir.

Qeyd edək ki, 52 yaşlı Razim Məmmədov prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.




Fikirlər