Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!

Abdulbari Goozal “Qarabağ”dan imtina edir?!

“Qarabağ” klubu maliyyə dayağı olan “Azərsun Holding” şirkətini itirmək üzrədir. Şirkət rəhbəri Abdulbari Goozal “Qarabağ”a maliyyə axınını dayandırmağı düşünür. Əldə etdiyimiz məlumata görə, şirkətdən klubun avrokuboklardan əldə edilən gəlirlə idarə olunması tapşırığı verilib.

“Azərsun Holding” rəhbərliyinin ötən ay qəbul etdiyi qərar klubun qış planlarına təsir edib. Məlum səbəbdən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov qış transfer dönəmində istədikləri futbolçuları komandaya cəlb edə bilməyib.

Riçard Almeyda “Astana” klubundan pulsuz icarəyə götürülübsə, Reynaldo Silva əvvəlkindən qat-qat aşağı qiymətə kluba qayıtmaq qərarı verib.

Təbii ki, “Azərsun Holding”in bu qərarı “Qarabağ”ı gələcəkdə ciddi çətinliklər qarşısında qoya bilər. İnanırıq ki, şirkətin rəhbəri Abdulbari Goozal bu fikrindən daşınacaq və “Qarabağ”a əvvəlki kimi dəstək verəcək. Çünki, komandanın zəifləməsi onsuz da son vaxtlar uğurlu nəticələrinə həsrət qaldığımız futbolumuza daha bir zərbə ola bilər. (Futbol11.az)




Fikirlər