Azərbaycan neftinin son qiyməti

Azərbaycan neftinin son qiyməti

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 29-da 62,89 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 1,41 dollar/barel çoxdur.


Bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 62,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 59,47 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 61,4 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 1,69 dollar/barel çoxdur.




Fikirlər