“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

“Mehman Hüseynov məsələsini şişirdib Azərbaycana qarşı istifadə edirlər” - Mübariz Qurbanlı

“Avropa Parlamentinin qətnaməsi qurama işdir”.

Bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qətnamə qəbul edənlər əslində məsələdən xəbərsizdirlər:

“Mehman Hüseynov haqqında məsələni şişirdib Azərbaycana qarşı istifadə edirlər. Həmin müzakirələrə baxanda görürsən ki, iclasda 751 deputatdan cəmi 30-u iştirak edir. Çıxışlara baxanda görürsən ki, bu adamlar yazdıqlarını belə oxuya bilmirlər. O yazılar bəlkə də onlara çıxışdan 10 dəqiqə əvvəl verilib. Onlar məsələdən bixəbərdir. Bu, bir daha onun qurama iş olduğunu göstərir.

M.Qurbanlı sözlərinə əlavə edib ki, qətnamənin Azərbaycana heç bir təsiri yoxdur:

“Çünki Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Orada çıxarılan qərarlar, sənədlər elə orada da qalır.

Əgər Avropa Parlamenti problem axtarırsa, öz ölkələrinə baxsınlar. Orada baş verən hadisələrə baxın, görəcəksiniz ki, insan hüquqları pozulur”.




Fikirlər