Uşaqları pulsuz hazırlayan müəllim.

Hörmətli ilə xalqın dilindən düşməyən müəllim.
Uşaqları pulsuz hazırlayan müəllim.
Müəllimlik qədim və müqəddəs peşədir. Cəmiyyətin doğru yola yönəlməsində insanların ədalətli rəftarında səmavi kitablar və ilk müəllimlər olan peyğəmbərlər vasitə idilər. Lakin bu günkü günümüzdə əksər müəllimlər seçki saxtakarlığının, rüşvət və qeyri şəffaf idarəçiliyə vasitədirlər.
Dahi filosoflardan biri demişdir: “ Bir cəmiyyətdə sonuncu yaxşı adam kimi yaşamağa dəyər”
Bu yaxşı adamlardan biri Siyəzən rayonu 6 saylı liseyin baş müəllimi Yusif Yusifovdur. Bu
peşə sahiblərinin sayəsində cəmiyyətimiz və dövlətimiz inkişaf gedir. Bütün peşə sahiblərini müəllimlər cəmiyyətə qazandırır. Peşəsini müqəddəs sayan Yusif müəllim Siyəzən rayonunda yerləşən 6 saylı liseydə kimya fənni üzrə dərs deyir. Onu tanıyanda və onunla danışan hər kəsə aydın olur ki, hələdə özünü xalqına həsr edən, xalq müəllimləri yaşayır.
Yusif müəllim onlarla titulun sahibidi. Bunların içində Mendeleyev adına mükafat, baş müəllim, metodik müəllim və 2004-cü ildə zəhməti ilə qazandığı əməkdar müəllim adlarıda yer alır.
Altmış dörd yaşlı bu müəllim, repiditor kimidə fəaliyyət göstərir. Bu işə isə qazanc yolu olaraq yox, xidmət kimi baxır. Çünki xeyli tələbəsindən, artıq saat dərslər üçün ödəniş tələb etmir. Bunu o deyil, onun tanıyanlar bildirirlər. Onun haqqında yazmaq istədiyimi bildirəndə, Yusif müəllim təvazükarlıqla bildirdi ki: ”buna gərək yoxdur.
O, dəfələrlə rayon və respublika səviyyəsində fəxri fərmanlarla təltif olunmuş,2004-cu ildən “Əməkdar müəllim” adı, 2009-cu il Ümumi kimya test kitabının müəllifi,2010-cu il “100 Ən yaxşı müəllim” müsahibəsinin qalibi olmuşdur. Yusif müəllim haqqında çox danışmaq, çox yazmaq olar. Ancaq buna bir qələmin mürəkkəbi, yetməz. Siyəzən rayonunda Yusif müəllimə verilən "əməkdar müəllim" adı ilə yox, xalqın müəllimi kimi tanıyırlar. Həqiqətəndə o əsl xalq müəllimidir. “24saatxəbər.com” informasiya agentliyi olaraq bizdə Yusif müəllimə gələcək işlərinidə uğurlar arzulayırıq.




Fikirlər