Cümhuriyyətin 100 illiyi Novxanıda bayram edildi VİDEO

Cümhuriyyətin 100 illiyi Novxanıda bayram edildi  VİDEO
Azərbaycanın demokratik qüvvələri mayın 28-də Novxanıda, Rəsulzadənin abidəsi önündə Cümhuriyyətin 100 illiyi münasibətilə bayram tədbirləri keçirib. Saat 17:00-da Milli Şura magistral yoldan abidənin önünə aparan küçə ilə yürüşә başlayıb və tədbiri abidənin önündə bayram mitinqi ilə başa çatdırıb. Tədbirdən vidoe və fotolar təqdim edirik:


Cümhuriyyətin 100 illiyi Novxanıda bayram edildi  VİDEO

Cümhuriyyətin 100 illiyi Novxanıda bayram edildi  VİDEO


Cümhuriyyətin 100 illiyi Novxanıda bayram edildi  VİDEO

Müsavat Partiyasının üzvləri və tərəfdarları Novxanıda Məmməd Əmin Rəsulzadənin abidəsi önündə Cümhuriyyət gününü qeyd etməyə toplaşıb.

Himn səsləndirilib, daha sonra çıxışlar başlanıb.

Partiyanın keçmiş başqanı İsa Qəmbər deyib ki, Cümhuriyyət yaranmasaydı, Azərbaycanın gələcəkdə müstəqil olmamaq təhlükəsi vardı.


Keçmiş başqan Müsavat Partiyasının qurucusu Rəsulzadənin son nəfəsinə qədər mübarizə apardığını, onun «müstəsna» nümunəsini xatırladıb.

İ.Qəmbər 1918-ci ildə qurulan Cümhuriyyətin də, 1993-cü ildə Əbülfəz Elçibəyin başçılıq etdiyi «ilk milli hakimiyyət»in də Rusiyanın dəstəyi ilə devrildiyini deyib.

O, Cümhuriyyət yoluna, onun dəyərlərinə sadiqlikdən, bu mübarizəyə inamdan da danışıb: «İnamımız olmalıdır ki, azadlıqlar, haqq-ədalət, insan azadlıqları təmin olunacaq, ərazi bütövlüyü bərpa olunacaq. Buna əsla şübhə olmamalıdır. Qələbəyə inam şəksiz olmalıdır».

İ.Qəmbər çıxışının sonunda «Cümhuriyyət qurucularına borcumuzu ödəməliyik» söyləyib. O, mübarizəni davam etdirəcəyinə and içib. Onunla bərabər meydandakılar da and içərək daha sonra «Azərbaycan» şüarını səsləndiriblər.

Tədbirdən videoyazıya BURADAN baxa bilərsiniz.

[flash=https://www.facebook.com/azadliqradiosu/videos/2129610787066374/]https://www.facebook.com/azadliqradiosu/videos/2129610787066374/[/flash]

Bu gün – mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi qeyd olunur. Bu gün müxalifət qüvvələri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndindəki abidəsini ziyarət edəcək, bayram aksiyaları keçirəcək. Bakıda ictimai-siyasi fəallar müxtəlif yürüşlər, gəzintilər planlaşdırır.

1918-ci il, mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin sədri seçildiyi Milli Şura Tbilisidə Azərbaycanın müstəqilliyini elan edib. Şuranın qəbul etdiyi İstiqlal Bəyannaməsi bütün müsəlman dünyasında və Şərqdə ilk demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edib.

Cümhuriyyət 23 aylıq fəaliyyəti dövründə bir sıra islahatlar gerçəkləşdirmiş, müstəqil dövlətin atributlarını formalaşdırmışdı. Ermənistanın təcavüzünə cavab vermək üçün Müdafiə naziri Mehmandarov və Şıxlınskinin rəhbərliyi ilə az müddət ərzində Azərbaycan Milli Ordusu yaradıldı. Bu ordu 1920-ci ilin yazında Zəngəzurda uğurlu hərbi əməliyyat keçirərək qırğınların qarşısını aldı.

Şərqdə ilk dəfə olaraq parlament yaradıldı. Millətin öncül nümayəndələri, ziyalılar, siyasi xadimlər parlamentdə təmsil olundu.

1918-ci ilin mart qırğınları ilə bağlı araşdırma komissiyası formalaşdırıldı. Bu komissiyanın tədqiq etdiyi materiallar azərbaycanlıların Xalq Komissarları Soveti tərəfindən kütləvi şəkildə məhv edildiyi faktlarını aşkarladı.

Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti Versal sülh konfransına qatıldı. Onların səyi nəticəsində Birinci Dünya müharibəsinin qalibi olmuş Antanta dövlətləri Azərbaycanın de-fakto müstəqilliyini tanıdı.

Parlamentdə Müsavat fraksiyasının lideri M.Ə.Rəsulzadənin təşəbbüsü ilə Bakı Dövlət Universiteti yaradıldı. Cümhuriyyət hökuməti maddi çətinliklərə baxmayaraq, yüz nəfər tələbəni xaricə təhsil almağa göndərdi.

Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəylinin baş nazirliyi ilə demokratik prinsiplər əsasında beş dəfə hökumət formalaşdırıldı. Bu hökumətlər müstəqil dövlətin siyasi-iqtisadi əsaslarını möhkəmləndirmək üçün fəaliyyət göstərirdi.

1920-ci il aprelin 27-də Sovet Rusiyasının Azərbaycanı işğal etməsi nəticəsində isə Cümhuriyyət süqut edib. AXC-nin yaradıcıları xaricə mühacirət etməyə məcbur edildi. Baş nazirlər F.Xoyski, N.Yusifbəyli qətlə yetirildi, digər görkəmli dövlət xadimlərinin ailələri və yaxınları repressiyalara məruz qaldılar.

71 il sonra isə Azərbaycan yenidən öz dövlət müstəqilliyini bərpa etdi.




Fikirlər